Azərbaycan Milli Məclisi ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı”nı pislədi

GADTB: Azərbaycan Milli Məclisi ABŞ Senatının ermənipərəst qərarını pisləyib.

Milli Məclis noyabrın 21-də keçirilən iclasında ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanat qəbul edib.

ABŞ Senatının qəbul etdiyi qərarın qəbuledilməz olduğu bildirilən bəyanatda deyilir: ”ABŞ Senatının Azərbaycanı açıq şəkildə hədəf alan qərarını şiddətlə qınayırıq”.

Bəyanatda bildirilib ki, ABŞ rəsmilərinin son zamanlar Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirir.

Bəyanatda deyilir:“ABŞ Senatının bu qərarı və Azərbaycana qarşı əsassız tənqidləri regionumuzda sülh və sabitlik istiqamətində səylərə ciddi maneə yaradır”.

Bəyanatda qərarın ikili standartların bariz nümunəsi olduğu vurğulanıb.

”ABŞ-ın Türkiyədə dövlət çevrilişinə dəstək verməsi, çevriliş cəhdində əsas rol oynayan FETÖ və onun kimi terrorçu təşkilatları himayə edərək özünün əlaltı rejimini yaratmağa səy göstərməsi məlum faktdır. Bu gün İsrail-Fələstin münaqişəsinin alovlanmasında əsas məsuliyyət də məhz ABŞ-ın üzərinə düşür”,-deyə bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini …

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn …