Şənbə , İyun 22 2024
azfa

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2024-cü il mayın 16-da Lüksemburqun Deputatlar Palatasının qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Sözügedən qətnamədə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılmışdır. Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi hərbi işğal nəticəsində 4000-ə yaxın itkin düşmüş azərbaycanlının aqibətinin gözardı edilərək, itkin düşmüş ermənilərin vurğulanması ölkəmizə qarşı sərgilənən ikili standartların bariz nümunəsidir.

Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilmişdir. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılmasına və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi qətiyyən nəzərə alınmamışdır. Həmçinin, Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan uğurlu addımlara lazımi qiymət verilməmiş və regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılmışdır.

Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, ikitərəfli danışıqlar formatının müsbət şəkildə irəlilədiyi, xüsusən sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində uğurlu nəticələrin əldə edildiyi dövrdə Lüksemburq Deputatlar Palatasının və onun havadarlarının məqsədi həmin ikitərəfli danışıqlar formatını və sülh prosesini pozaraq regiona müdaxilə etməkdir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Lüksemburq Deputatlar Palatasının daxilində reallığı dərk etmək qabiliyyətinin və istəyinin olmamasının bariz nümunəsi kimi qəbul edirik”.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …