Bazar , Fevral 16 2025
azfa

Azərbaycan Milli Məclisində Qərbi azərbaycanlıların təzminat məsələsi qaldırılıb

GADTB: Azərbaycan Milli Məclisində Qərbi azərbaycanlıların təzminat məsələsi qaldırılıb.

Bu barədə Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, guya Ermənistan Qərbi Azərbaycanlılara kompensasiya ödəyib: “Ermənistan xarici işlər nazirinin bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir. Birincisi, Ararat Mirzoyanın dediyi kimi, 170 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, verilən kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki 1988-ci ildə dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən sonra, evlər təmir edildikdən sonra, həmin evlər ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdandı”.

Həmçinin yoxlayın

Aydın Qasımlı: Tarixi türk dövlət və imperatorluqları

GADTB: Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət və hekayətlərə dayanır. …

İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır

GADTB: İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır Bunu Livanın Baş naziri Nəvaf …