Şənbə , Noyabr 27 2021
azfa

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin tank əleyhinə qurğu və minaatanının məhv edildiyini deyir

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin təxribatı ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Həmçinin Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi Azərbaycan hərbçiləri tərəfindən dəf edilib.

Qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi Azərbaycan bölmələri tərəfindən izlənilir.

Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Həmçinin yoxlayın

Daha təhlükəli koronavirusla bağlı Türkiyə də 5 ölkə vətəndaşlarına ölkəyə girişi dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, daha təhlükəli koronavirusla bağlı Afrikanın 5 ölkəsindən Türkiyəyə …

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …