Şənbə , Noyabr 27 2021
azfa

Azərbaycan ordusu Çakaten kəndində post qurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Hraparak” qəzeti yazır ki, Azərbaycan ordusu Ermənistanın Sünik rayonunun Çakaten kəndi ərazisindən keçən yolda post qurub.

Kəndin icra nümayəndəsi Ara Harutyunyan məlumatı təkzib etməsə də, Azərbaycan tərəfinin konkret nəyi qurduğunu bilmir.

“Onlar nəsə qazırlar, kran gətirdilər və bir az iş görürlər, amma nə etdiklərini bilmirəm” – deyən Arutyunyan əlavə edib ki, azərbaycanlılar Qafana gedən yeganə yolda vaqon quraşdırıblar və yol bağlanarsa, kənd blokadaya düşəcək.

“Sputnik Ermənistan” isə məsələ ilə bağlı Qafan administrasiyasının rəhbəri Gevorq Parsyanla əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib.

Nerkin Xand kənd icra nümayəndəsi Xaçatur Bağdasaryan isə Çakaten-Qafan yolunda Azərbaycan hərbçilərinin olması ilə bağlı məlumatı təsdiqləyib.

O, “Sputnik Ermənistan”ın müxbirinə bildirib ki, gün ərzində Azərbaycan tərəfi Çakaten kəndinin 3-4 kilometrliyində yolda intensiv işlər aparıb. Bağdasaryan əmin olmasa da, gömrük məntəqəsinin yaradıldığını bildirib.

“Ağacları doğrayırdılar, yolu təmizləyirdilər. Yolda bir-iki azərbaycanlıya diqqət yetirdim, amma heç kim bizə mane olmadı” – o, deyib.

Bağdasaryan əlavə edib ki, yol bağlanarsa, həmkəndlilərinin bölgədə hərəkəti çətinləşəcək. Kənd sakinləri yolu demək olar ki, 100 kilometr uzadaraq Meğridən keçə biləcəklər. Alternativ torpaq yol isə hava şəraitinə görə keçilməzdir.

Bildirilib ki, Çakətən kəndi Qafanla Nerkin Xand kəndi arasında yerləşir.

Xatırladaq ki, Gorus-Qafan magistral yolunun bir hissəsi Azərbaycan tərəfindən bağlanıb. Nəqliyyatın hərəkəti alternativ Şinuhayr-Tatev-Qafan yolu ilə həyata keçirilir. Məlumata görə, Vorotan və digər yaxın kəndlərə alternativ yollar çəkilir. Lakin bu yollar tam hazır olana qədər Vorotan, Şurnux və Bartsrəvan kəndlərini ancaq yolsuzluq avtomobilləri ilə keçmək olar.

Qeyd edəək ki, Azərbaycan ordusunun tutduqları mövqelər müvafiq xəritələrə əsasən Azərbaycan ərazisidir.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …