Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Azərbaycan ordusu Ermənilərin hərbi texnikası və hərbi qüvvəsini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində işğalçı Ermənistanın xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Həmçinin yoxlayın

İsrail ordusunun Baş Qərargah rəisi: İranın raket və dron hücumuna cavab qətidir

GADTB: Bazar ertəsi İsrail ordusunun yüksək rütbəli komandiri ölkənin cənubunda yerləşən Nəvatim Hərbi Hava Bazasında …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiyadan Qarabağ açıqlaması: Sülhməramlılar çıxarılır?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Bir cavab yazın