Cümə axşamı , Dekabr 2 2021
azfa

Azərbaycan öyrənci hərəkatını silmvolik müdafiə məqsədilə Təbrizdə uşaqlara türkcə kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Azərbaycan öyrənci hərəkatını silmvolik müdafiə məqsədilə azərbaycanlı fəallar Təbrizdə türkcə uşaq kitabları paylayıblar.

Bir qrup mədəni fəal sentyabrın 9-da Təbrizdə uşaqlara türk dilində kitablar paylayıblar.

Paylanılan uşaq kitablarının üzərində “Yaşasın Azərbaycan, yaşasın Türkiyə, Qarabağ Azərbaycandır” sözləri yazılıb.

Qeyd edək ki, bu simvolik hərəkət eyni zamanda Antalyanın Akdeniz Universitetindən hüquq üzrə doktorant azərbaycanlı öyrənci Əli Həmzəzadənin Güney Azərbaycanda ana dili və mədəni hüquqlar diqqət çəkmək üçün başlatdığı velosiped yürüşünə dəstək məqsədi daşıyır.

Əli Həmzəzadə 21 iyul tarixində “özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru velosipedlə yürüşı başlamışdı.

Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı gənc velosipedçi, yürüş boyu Azərbaycanın, Türkiyənin və  Güney Azərbaycanın Traxtur komandasının bayraqlarını daşıyırdı.

Həmçinin yoxlayın

Qarabağdakı separatçılar qışdan çıxmaq üçün Bakıdan qaz istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçılar qışdan rahat çıxmaq üçün Bakıdan qaz …

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …