Şənbə , Aprel 26 2025
azfa

Azərbaycan Paşinyanın yalan iddialarına cavab verdi

GADTB: 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin “Armenpress” xəbər agentliyində kommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerli medianın sualına cavabında deyib.

“4 mart tarixində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Armenpress” xəbər agentliyində Ermənistanla Azərbaycan arasında kommunikasiyalara dair məqaləsində Ermənistanın kommunikasiyaların açılması ilə bağlı birtərəfli qaydada hər hansı bir öhdəlik götürmədiyini, Azərbaycandan fərqli olaraq nəqliyyat kommunikasiya xəttlərini açmağa hazır olduqlarını, kommunikasiyaların açılması ilə bağlı Ermənistanın təkliflərinə Azərbaycanın hələ də cavab vermədiyini, Azərbaycanın bu məsələdən bəhanə kimi istifadə edərək gərginlik yaratmaq məqsədi güddüyünü bildirib. Ermənistan Baş nazirinin bu fikirlərinə münasibətinizi öyrənmək istərdik.

Cavab: 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur.

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib.

Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır.

Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır”.

Həmçinin yoxlayın

Çanaqqala şəhidlərinin nəvələri və ANZAK əsgərlərinin nəvələri Sidneydə görüşüb- Video

GADTB:  Çanaqqala zəfərinin 110-cu ildönümündə Mersin Universitetinin rektoru Prof.Dr.Erol Yaşarın rəhbərliyi ilə həyata keçirilən layihə …

İranın ögey siyasəti nəticəsində Təbrizdə tarixi Sabiləmir meydanı dağılır

GADTB: İrqçi fars-molla rejimin ayrıseçkilik və ögey siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələrdən biri olan …