Şənbə , Yanvar 18 2025
azfa

Azərbaycan Prezidenti: “Ermənistan Azərbaycanın dini abidələrini təhqir edib”

GADTB: Dünən Azərbaycan Prezidenti İlham Əliyev 🇮🇷 İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla görüşündə Ermənistanın işğal zamanı Azərbaycanın mədəniyyət və dini abidələrimizə qarşı etdiyi təhqirlərdən söz açıb.

Görüşdə İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam qorunub saxlanılması, torpaqların işğaldan azad edilməsi münasibəti ilə Əli Əkbər Əhmədiyanın təbriklərinə minnətdarlığını bildirib.

Dövlət başçısı vurğulayıb ki, işğal zamanı Ermənistan Azərbaycanın bu ərazilərini viran qoyub, mədəniyyət və dini abidələrini, o cümlədən məscidləri təhqir edib, ibadət ocaqlarında donuz və inək saxlayıb. / Azad İran

Həmçinin yoxlayın

Türkiyə ABŞ-ın Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib

GADTB: Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib. …

Human Rights Watch: İranda edamlar şiddətlənib

GADTB: Ötən il İbrahim Rəisinin həlak olması və Məsud Pezeşkanın Prezident seçilməsindən sonra da, İranda …