Cümə axşamı , Dekabr 11 2025
azfa

Azərbaycan Prezidenti Pakistandan alınan qırıcıları yüksək qiymətləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Prezidenti Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzə ilə görüşdə Pakistandan alınan JF-17C təyyarələri barədə danışıb.

Müdafiə sahəsində əməkdaşlığa toxunan İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarərlərdən olduğunu bildirib.

Dövlət başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əta Kərimiyə verilmiş 2 il həbs cəzası Ali Məhkəmə tərəfindən təsdiqləndi

GADTB: Cənubi Azərbaycanda milli hərəkat fəalı olan və Qərbi Azərbaycanın Urmiya şəhərində yaşayan Əta Kərimiyə …

Qərbi Azərbaycan valisindən mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına etiraf

GADTB: Qərbi Azərbaycan qubernatoru Rza Rəhmani əyalət mədən şurasının iclasında mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına …