Azərbaycan-Quzey Qibris Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Qərar layihəsinə əsasən, Azərbaycan-Quzey Qibris Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması təklif olunur.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev olub.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …