Çərşənbə axşamı , İyun 22 2021
azfa

Azərbaycan və Qazaxıstan Türk Şurasının fəaliyyətini müzakirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 13-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Prezidenti Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, əmin-amanlıq arzularını çatdırıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək firavanlıq arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında uğurla inkişaf edən dostluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Türk Şurası çərçivəsində də iki ölkənin uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …