Azərbaycan xarici işlər naziri Tehrandakı Azərbaycan səfirliyinin bərpası şərtlərini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib.

Nazir jurnalistlərə açıqlamasında əsas məsələnin baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsinin olduğunu bildirib.

Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir:

“Çünki insanlarımızın həyatını riskə ata bilmərik”.

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …