Cümə axşamı , Fevral 12 2026
azfa

Azərbaycan yeni iri çaplı pulemyot hazırladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan yeni “AH-12,7” adlı iri çaplı pulemyot hazırlayıb.

Modern.az xəbər verir ki, pulemyot noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə təqdim olunur.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …