Cümə axşamı , Dekabr 2 2021
azfa

Azərbaycana qarşı düşmənçilikdən dayanmayan İran utanmadan Azərbaycan prezidentinin sözlərindən təəccübləndiyini bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı əlindən gələn hər növ düşmənçilikdən çəkinməyən İran utanmadan Azərbaycan prezidentinin İran yükmaşınları və sərhəddə təlimlə bağlı sözlərindən təəccübləndiyini bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə utanmadan deyib ki, Azərbaycan prezidentinin Tehranın Qarabağ məsələsinə yanaşmasını tənqid etməsi təəccüblüdür.

Səid Xətibzadə bütün düşmənçiliklərinin qarşısında utanmadan qeyd edib ki, iki ölkə arasında yaxşı və hörmətə əsaslanan əlaqələr olduğu və hər iki tərəf arasında adi ünsiyyət kanallarının ən yüksək səviyyədə olduğu halda, bu şəkildə açıqlamalar vermək təəccüb doğurur.

Xətibzadənin sözlərinə görə, bu və digər aidiyyatı məsələlərlə bağlı, Nyu-Yorkda Birləmiş Millətlər Təşkilatının Baş Assambleyası və Məclisinin son iclası çərçivəsində iki ölkənin xarici işlər nazirinin görüşündə ciddi və dəqiq məsləhətləşmələr aparılıb və bu danışıqların uyğun bir platformada davam etdirilməsi razılaşdırılıb.

Heç bir bəhanə tapa bilməyən irqçi fars-molla rejimi yalan və iddialara əl atıb, iddia edir ki, guya İsrailin sərhəddinin yaxınlığında varlığına döz bilməz. İran Xarici İşlər Nazirliyinin sözçüsü, ölkəsinin şimal-qərb sərhəd bölgələrində həyata keçirdiyi hərbi təlimə və manevrə də münasibət bildirib bu yalan iddialarla özlərinə haqq qazandırmağa çalışıb: Bu, bir suverenik məsələsidir və bütün bölgənin əmin-amanlığı və sabitliyi üçün edilir. Təbii ki, İran İslam Respublikası öz sərhədləri yaxınlığında sionist rejiminin mövcudluğuna nümayişkəranə olsa belə dözməyəcək və bununla bağlı öz milli əmniyəti üçün zəruri hesab etdiyi istənilən addımı atacaq.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …