Azərbaycana qarşı İran və Rusiya tərəfindən təhdid olduğu bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın “Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr Azərbaycana qarşı İran və Rusiya tərəfindən təhdid olduğunu bildirib.

O deyib: “Bu faktor Azərbaycan hökumətini başa salır ki, bu ölkələrdən asılı olmamaq üçün sabitliyi pozmamaq, əksinə, regionda mövcud balansı saxlamaq daha yaxşıdır. Rusiya ilə İran arasında əməkdaşlığın artması Azərbaycan üçün müəyyən risklər yaradır. Hesab edirəm ki, bu, Bakı üçün oyanış zəngidir”.

Ekspert bununla yanaşı, İsrailin İrana zərbə endirməsini mümkün hesab edib:

“İsrail artıq son bir ildə İrana zərbələr endirib və ölkənin hava və raketdən müdafiə sistemlərinin zəif olduğuna dair sübutlar var. Belə olan halda İsrail düşünə bilər ki, indi İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün zərbə vurmağın zamanıdır. Üstəlik, hazırkı İsrail rəhbərliyi Tramp administrasiyasının bu məsələdə Təl-Əvivin istəklərinə qarşı daha az meyilli olacağına inanır. Tramp administrasiyası bu cür zərbələrin əleyhinədir, regionda sabitliyin pozulmasına qarşıdır, lakin israillilər amerikalıların çox da müdaxilə etməyəcəyinə arxalana bilərlər”.

Həmçinin yoxlayın

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini …

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn …