Azərbaycana səfər edən İran adlanan ölkə vətəndaşlarına giriş vizaları hava limanında verilir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, martın 15-dən etibarən Azərbaycan Respublikasına səfər edən İran adlanan ölkənin vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir.

Bu barədə Azərbaycan Respublikası XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Hikmət Hacıyev deyib: “Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq”.

Həmçinin yoxlayın

Qəzvində azərbaycanlı fəala təzyiq göstərilir

GADTB: Güney Azərbaycanın Qəzvin bölgəsinin Xurrəmdəşt bölgəsindən olan İsmayıl Xudayari Qəzvin Baş İnqilab Prokurorluğunun beşinci …

Əkbər Azadla azərbaycanlı milli fəallar Ərdəbildə görüş keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, həbs cəzasından sonra sürgünə göndərilməsi barədə qərar çıxarılan …

Bir cavab yazın