Bazar ertəsi , Dekabr 11 2023
azfa

Azərbaycanda III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 8-11-də Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək.

Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.

2021-ci ildən təşkil olunan festival birinci dəfə Türkiyənin İstanbul şəhərində, ötən il isə qardaş ölkənin Bursa şəhərində həyata keçirilmişdi.

Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.

Festival çərçivəsində türk dövlətlərindən olan tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.

Həmçinin yoxlayın

Urmiyada Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü münasibəti ilə vərəqələr paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Urmiya şəhərində Azərbaycan Milli Hökumətinin qurulmasının …

GADTB-nin 21 Azər- Azərbaycanda Milli Hökumətin qurulmasının ildönümü münasibətilə bildirişi

GADTB: Dünya imperializmi başda Böyük Britaniyanın çevriliş yolu ilə Azərbaycan dövləti olan Qacarların ərazisini qəsb …