Bazar ertəsi , İyul 13 2026
azfa

Azərbaycanı Kürdüstanlaşdırma çərçivəsində İraq kürdləri Qəzvində at oynadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Güney Azərbaycanı Kürdüstanlaşdırma layihəsi çərçivəsində tarixi türk şəhəri olan Qəzvinin Abyek şəhərinə kürd icra başçısı təyin edib.

Rejimi tərəfindən Azərbaycanın Kürdüstanlaşdırılması məqsədilə icra hakimi təyin edilən həmin terrorçu kürd isə, Azərbaycanın bu hissəsinin kürdləşdirilməsi məqsədilə artıq ciddi hücuma keçib. Onun məqsədli planları çərçivəsində İraq kürdləri Qəzvin vilayətinin Abyek şəhərində at oynadır.

Qeyd edək ki, irqçi və işğalçı fars rejim Azərbaycanın strateji bölgələrini, o cümlədən Qərbi Azərbaycan vilayətinin davamında Qəzvin, Kərəc və Zəncan bölgələrini kürdləşdirməyə çalışmaqla Tehran, Qum və Kərəc kimi tarixi Azərbaycan əraziləri ilə Güney Azərbaycanın digər bölgələrinin əlaqəsini kəsməyə çalışır.

Bir müddət öncə PJAK terrorçuları üzdın iraq Kürdüstan bayrağı ilə həmin kürd icra hakiminin şəklini yaymaqla əzəli türk və Azərbaycan torpağı- Abyek kürd şəhəri kimi təqdim etmişlər.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …

Bir cavab yazın