Çərşənbə axşamı , Noyabr 30 2021
azfa

Azərbaycanın ciddi etirazlarından sonra İran Laçın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdiyini iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının uzun müddət ciddi etirazları və xəbərdarlığından sonra İran rejimi Laçın dəhlizi ilə Qarabağa yükdaşımaları məcburən qadağan etməsinə dair sənəd yayıb. Bu sənədin Azərbaycanı aldatmaq xarakteri daşıdığı və ya ona əməl edəcəyi barədə isə hələlik məlumat yoxdur.

Rejimin yaydığı sənədə görə, İranın Yol və Nəqliyyat Təşkilatı nəqliyyat şirkətlərinə təlimat göndərərək sürücülərin və İran vətəndaşlarının Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ümumiyyətlə, Laçın dəhlizinə girişini qadağan edib.

Qurumun Beynəlxalq Tranzit İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayəti İran Xarici İşlər Nazirliyinin 1 oktyabr tarixli direktivinə istinad edib.

O, beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına təlimat məktubu yazaraq Azərbaycan Respublikasının sözügedən ərazisinə bu ölkənin rəsmi sərhədləri xaricində hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Yol və Nəqliyyat Təşkilatı Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının Laçın dəhlizindən Dağlıq Qarabağ bölgəsinə girişlə barəbər, Qarabağ bölgəsi ilə hər hansı ticarət müqaviləsinin imzalanması və mal-əmtəə qaiməsi sənədlərinin verilməsinin də yasaq edildiyini bildirib.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən …

Rus mediası Türk PUA-larının Rusiya üçün təhlükəli olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın aldığı türk PUA-larını izləyən Rusiya mətbuatı hər …