Çərşənbə axşamı , İyun 22 2021
azfa

Azərbaycanın Dövlət Sərhəd Xidməti rəhbərliyi Ermənistanla sərhədə ezam olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

“Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.

12 may tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır”.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …