Azərbaycanın hərbçiləri və Su-25 təyyarələri Qazaxıstanda- Video

GADTB: Qazaxıstanda Birləşdik-2024 təlimində iştirak edəcək Azərbaycan hərbçiləri artıq bu ölkədədir.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təlimdə Azərbaycanı təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstana çatıblar.

Qeyd edilib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, iyulun 11-dən etibarən Qazaxıstan Respublikasının “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

Birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …