Şənbə , Mart 25 2023
azfa

Azərbaycanın İrandakı səfirliyinə hücum olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkənin Tehrandakı səfirliyinə edilən silahlı hücumu təsdiqləyib:

“27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs Kalaşnikov markalı avtomat silahı ilə mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Allah şəhidimizə rəhmət eləsin!”, – məlumatda deyilir.

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …