GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın tələbilə ermənilərin Xocavənddə erməni faşist Qaregin Njdeyə qoyduqları heykəl sökülüb.
Bu barədə erməni deputat Sofiya Hovsepyan deyib.
Onun sözlərinə görə, heykəl sökülərək Tarix Muzeyinə aparılıb.
Erməni jurnalist Nairi Oxikyanın sosial şəbəkə hesabında yazdıqlarından məlum olur ki, heykəlin sökülməsi tələbini Azərbaycan irəli sürüb. Rusiyalı sülhməramlılar ermənilərə bildiriblər ki, bu məsuliyyəti üzərlərinə götürə bilməzlər.