Bazar ertəsi , May 19 2025
azfa

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin məhkəmə qərarının icrsı üçün zəruri hazırlıqlar tamamlanıb

GADTB: İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir Azərbaycan səfirliyinə hücum edən şəxsin qisas hökmünü Məhkəmə Sisteminin icra etməyə hazır olduğunu bildirərək deyib: “Qanuna görə, hökmün icrası üçün mərhumun valideynləri və ya vəkili Məhkəmə Sisteminə qisas almaq barədə vəsatət verməli və ya hökmün icrası zamanı iştirak etməlidi.

İndiyədək qəyyumlar və ya onların vəkilləri qərardadın icrası ilə bağlı bizə müraciət etməyiblər və buna görə də Məhkəmə Sisteminin və yuxarıda qeyd olunan qərardadda aparılan məhkəmə prosesinin tam hazır olmasına baxmayaraq, hələ də bu qərardad icra olunmayıb”.

İran tərəfi bildirib ki,, Azərbaycan Respublikasının səfirliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində İran tərəfindən əlavə tədbirlər görülüb və bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması üçün zəruri addımlar atılıb.

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …