Azərbaycanlı ailə 11 ay mübarizə ilə rejimi övladlarına Anar adına şəxsiyyət vəsiqəsi verməyə məcbur etdi

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay bölgəsindən olan azərbaycanlı ailə 11 ay mübarizə ilə İran rejimini övladlarına Anar adına şəxsiyyət vəsiqəsi verməyə məcbur etdi.

Azərbaycanlı ailə gərgin mübarizədən sonra İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsindən Anarın doğum şəhadətnaməsini alıb.

Bu barədə Anarın atası Cavad Sudbər özünün “İnstagram” səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türk millətini bir millət kimi assimilyaya uğradıb məhv etmək məqsədilə onlara öz dillərində övladlarına ad qoymağı belə qadağan edib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …