Azərbaycanlı alimin xanımı İsveç baş nazirinə ayrı-seçkiliyə görə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan və barəsində ölüm hökmü çıxarılan İsveç vətəndaşı olan azərbaycanlı alim professor Əhmədrza Calalinin həyat yoldaşı Vida Mehranniya İsveçin baş naziri Olaf Kristersona etiraz edib.

Mehranniya İsveçin bu ölkənin İranda həbsdə olan iki vətəndaşının İsveçdə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi Həmid Nuri ilə mübadilə edildiyini, ancaq onun həyat yoldaşı professor Əhmədrza Calalinin azadlığı üçün addım atılmadığını deyib.

Azərbaycanlı alimin xanımı baş nazir Olaf Kristersonu ayrı-seçkilikdə və iddia etdiyi demokratiya və insan hüquqlarını pozmaqda günahlandırıb.

Qeyd edək ki, İranda casusluq ittihamına görə həbsdə olan iki İsveç vətəndaşı Yuhan Flodrus və Səid Əzizi iyunun 15-də azad edilib və İsveçə qayıdıblar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …