
GADTB: Qoşaçaydan olan Mehdi Dərgahi oğluna “Elman” adı ilə doğum haqqında şəhadətnamə almaq üçün 5 il mübarizə apardığını deyib.
Mehdi Dərgahi bu barədə Balamin Adı kampaniyasına deyib: “Oğlum 2014-cü ildə dünyaya gəldi və mən həyat yoldaşımla ona Elman adı qoyduq. Oğluma doğum haqqında şəhadətnaməmi almaq üçün Qoşaçayda İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə müraciət etdik. Onlar oğlumun adının “Elman” əvəzinə “Əlman” kimi qeyd etdilər. Mən doğum haqqında şəhadətnaməni qəbul etmədim və Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin müdirinin yanına getdim. O mənə dedi ki, “e” saiti üçün nəzərdə tuduğunuz işarə bizim sistemdə yoxdur və biz Elman adı üçün ancaq o şəkildə doğum şəhadətnaməsi verə bilərik. Bundan sonra mən məhkəməyə şikayət etdim. Məhkəmə iclasında hakim mənə ümumiyyətlə danışmağa və övladıma ad seçmək hüququmu müdafiə etməyə imkan vermədi və dərhal qeydiyyat idarəsinin xeyrinə qərar verdi. Hakim mənə dedi ki, əgər türk adı yerinə İmam və ya Peyğəmbər adını seçsəydin, mən sənin lehinə səs verərdim. Hakimin qərarından apellyasiya şikayəti verdim, lakin apellyasiya məhkəməsi Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin xeyrinə qərar çıxardı. Mən bu qərardan yenidən apellyasiya şikayəti verdim və iş İnzibati Ədalət Məhkəməsinə verildi və 2 ildən sonra məhkəmə bizim xeyrimizə qərar verdi. Nəhayət, 5 illik hüquqi çəkişmələrdən sonra oğluma Elman adı ilə doğum şəhadətnaməsi ala bildim.”
Göründüyü kimi molla rejimi türk adlarına qarşı çıxma yanaşı həm də doğum şəhadətnaməsində türk adlarının düzgün yazılmasına da mane olur.
Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.