Cümə axşamı , May 30 2024
azfa

Azərbaycanlı baş məşqçi: Azərbaycanla bağlı azərbaycanlılar qərar verməlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı baş məşqçi Rəsul Xətibi Tehranın Azərbaycan və azərbaycanlılar üçün qərar verməməli olduğunu bildirib.

Azərbaycanlı baş məşqçi özünün sosial media hesabında bununla bağlı yazıb: “Azərbaycanımız üçün paytaxtda oturanlar deyil azərbaycanlılar qərar verməlidir, arxayın olun ki, belə olmadığı müddətcə heç bir inkişaf və irəliləyiş olmayacaq, qeyrət və təssübdən danışırıq, ancaq yadlara pərəstiş edirik”.

Təbrizli idmançının bu paylaşımı azərbaycanlı sosial media istifadəçiləri arasında geniş yayılıb, minlər dəfə paylanşılıb və ona dəstək verilib.

Azərbaycanlı ulduzun paylaşımı isə fars və farspərəst iastifadəçilərin qəzəbi ilə qarşılaşıb.

Qeyd edək ki, 1978-ci ildə Təbrizdə anadan olan Rəsul Xətibi “Traxtur” komandasında oynayıb, komandanın baş məşqçisi olub.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı fəal Sina …

Molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən …