
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehrandakı Evin zindanında saxlanılan azərbaycanlı milli fəal və din xadimi Əbdüləziz Əzimi Qədimin müvəqqəti həbs müddəti bir ay daha uzadılıb.
Bu haqda o, ailəsi ilə telefon danışığında məlumat verib.
Onun sözlərinə görə, həbs müddətinin uzadılması işə baxan müstəntiqin müraciəti əsasında baş tutub.
Qeyd edək ki, Əbdüləziz Əzimi Qədim bu il fevralın 7-də Vəramin şəhərinin Qərçək bölgəsində rejimin ETTELAAT qüvvələri tərəfindən tutulub və hazırda Evin zindanının 4-cü bölməsində müvəqqəti həbsdə saxlanılır.