GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı ekofəal Sam Rəcəbi Təbriz 6 il həbs cəzasını çəkdikdən sonra Tehrandakı Evin zindanından azad edilib.
Azərbaycanlı ekofəalın bacısı Keti Rəcəbi Təbriz öz “X” hesabında bununla bağlı məlumat paylaşıb.
O, azərbaycanlı ekofəalın həbs müddətinin sonunadək sərbst buraxıldığını qeyd edib.
Qeyd edək ki, Sam Rəcəbi Təbriz 2018-ci ildə bir qrup ətraf mühit fəalı birlikdə həbs edilib və “Amerika hökuməti ilə əməkdaşlıq”da ittiham olunaraq 6 il müddətinə həbs cəzasına məhkum edilmişdi.