Azərbaycanlı fəal Əli Həmzəzadənin Türkiyənin zəlzələ bölgəsindən reportajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə yaşayan azərbaycanlı milli fəal Əli Həmzəzadə Türkiyənin zəlzələ bölgəsindən reportaj hazırlayayıb.

Azərbaycanlı fəal Zəlzələdən zərər çəkən Kahraman Maraş şəhərindən yardım üçün çağırış edib.

Əli Həmzəzadə deyib ki,  bu gün Türkiyənin yanında olmaq bizim milli və insanlıq borcumuzdur.

Azərbaycanlı fəal özü də daxil olmaqla Türkiyədə olan bir sıra güneylilərin yardım kampaniyasına qoşulduqlarını deyib və güney azərbayacanlıların bu məsələdə daha çox fədakarlıq etmələrinin vacibliyini bildirib.

Qeyd edək ki, Əli Həmzəzadə bir il öncə velosiped yürüşü ilə Urmiya gölünün qurudulması və yaranacaq ekoloji fəlakətə diqqət yönəltmək istəmişdir.

Həmçinin azərbaycanlı öyrənci bundan öncə də belə simvolik təşəbbüslə Güney Azərbaycanda ana dili və mədəni hüquqlar diqqət çəkmək üçün başlatdığı velosiped yürüşü keçirmişdir.

 Əli Həmzəzadə keçən il 21 iyul tarixində “özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru velosipedlə yürüşı başlamışdı.

Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı gənc velosipedçi, yürüş boyu Azərbaycanın, Türkiyənin və  Güney Azərbaycanın Traxtur komandasının bayraqlarını daşıyırdı.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …