Azərbaycanlı fəal Əli Rzai Havastan azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı fəal Əli Rzai Havastan 18 aydan çox həbs çəkdikdən sonra bazar günü Evin zindanından azad edilib.

Azərbaycanlı milli fəalın necə azadlığa buraxılması ilə bağlı dəqiq məlumat yoxdur, lakin çox güman ki, onun azadlığa buraxılması Qurban və Qədir-Xum bayramı ilə bağlı amnistiya və ya cəzanın yüngülləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, Əli Rzayi 2022-ci ildə həbs edilib və rejim tərəfindən şərlənərək 6 il cəza alıb. O, “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il və “rejim əleyhinə təbliğat” ittihamı ilə 1 il həbs cəzasına məhkum olunmuşdu.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …