Azərbaycanlı fəal Əmir Səttarinin məhkəmə işi Apellyasiya Məhkəməsində

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin məhkəmə işi rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 2-ci şöbəsinə göndərilib.

Qeyd edək ki, Əmir Səttari rejim tərəfindən şərlənərək, Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də ittiham edilmişdi. Həmin saxta ittihama görə azərbaycanlı fəal 4 milyon tümən cərimə və 91 gün həbs cəzasına məhkum edilib. Fəala qarşı həbs cəzasının 50 günü iki il müddətinə təxirə salınıb.

Əmir Səttari iyulun 21-də rejimin məmurları tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına koçülürmüşdü.

Azərbaycan fəal avqustun 11-də rejimin Təbrizdəki mərkəzi zindanına köçürülüb və 15 avqustda girov qarşılığında zaminə buraxılmışdı.

Əmir Səttari bundan öncə də milli-mədəni fəaliyyətlərinə görə yaxalanıb və həbslə təzyiqlərə məruz qalıb. Fəal hazırda 3 illik şərti həbs cəzasını çəkir.

Əmir Səttari 2017-ci ildə mədəni fəaliyyətləri ilə bağlı yaxalandıqdan sonra 5 il həbs cəzasına məhkum edilmişdi və 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarmışdı. Həmin qərara əsasən, onun qalan 3 illik həbs müddəti şərti həbs cəzası ilə əvəzlənmişdi.

Həmçinin yoxlayın

Albaniyanın əsasını qoyan türk tayfaları

GADTB: Ön Asiya ilə Şimali Qafqaz arasında, həm də Dağıstan xalqları ilə bilavasitə qonşuluqda yerləşdiyinə …

İsrail İranın terrorçulara verdiyi 3 PUA-nı vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından …