
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal İbrahim Asemani rejimin Təbrizdəki məhkəməsi tərəfindən 3 ay 1 gün həbs cəzasına məhkum edilib.
Məlumata görə, buna səbəb isə fəalın tanınmış azərbaycanlı mübariz alim Məhəmməd Tağı Zehtabinin anım mərasimində iştirak etməsi olub.
Qeyd edək ki, İbrahim Asemani daha öncə də mərasim və toplantılarda iştirakına görə həbs edilmişdi.