Cümə axşamı , May 1 2025
azfa

Azərbaycanlı fəal Ayaz Seyfxah 36 gündən sonra aclıq aksiyasını dayandırdı

GADTB: İrqçi fars-molla rejimin şərləyərək Tehranın Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı fəal Ayaz Seyfxah aclıq aksiyasını dayandırıb.

Azərbaycanlı fəalın ailəsinə yaxın olan məlumatlı mənbə xəbəri təsdiqləyərək deyib: “Cənab Seyfxah 36 gün dözdükdən sonra 12 aprel 2025-cü il, şənbə günü aclıq aksiyasını dayandırdı”.

Azərbaycanlı fəalı Ayaz Seyfxah ona və digər Güney Azərbaycan fəallarına qarşı ədalətsiz hökmlərə, şərləmə və uydurma ittihamlara etiraz olaraq 2025-cü il martın 7-dən aclıq aksiyasına başlamışdı. O, aprelin 11-də 209-cu palataya köçürülmüşdü.

Qeyd edək ki, Ayaz Seyfxah 2024-cü ilin yanvarında ədalətli mühakimə prinsiplərinə əməl olunmadan həbs edilib və 2024-cü ilin oktyabrında Tehran İnqilab Məhkəməsinin hakim Əbülgəsim Salavatinin rəhbərlik etdiyi 15-ci şöbəsi tərəfindən 14 il müddətinə azadlıqdan məhrum edilib və hökm apellyasiya şöbəsi tərəfindən təsdiqlənib.

Ayaz Seyfxaha şərlənərək molla rejimin məhkəməsi tərəfindən 13 il həbsə məhkum edilib.  Azərbaycanlı fəala indiyə qədər öz vəkili ilə əlaqə saxlamağa da icazə verilməyib.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …