Cümə , Oktyabr 11 2024
azfa

Azərbaycanlı fəal Bəhmən Xaliqi avtomobil qəzasında həyatını itirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Binab şəhərindən olan türk fəal, kemçmiş siyasi məhbus Bəhmən Xaliqi baş verən avtomobil qəzasında həyatını itirib.

Azərbaycanlı fəalın Sayınqala-Qoşaçay yolunda avtomobil qəzasında dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Bəhmən Xaliqi keçən son 10 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə rejim tərəfindən həbs və təzyiqlərə məruz qalıb. Fəalın həmçinin Binab şəhərində işlətdiyi İşıq Kitav Evi mağazası bir neçə il əvvəl dövlət tərəfindən qapadılmışdı.

Mərhum Xaliqi bir neçə digər fəalla bərabər 2012-ci ilin dekabr ayında İran vasitəsilə qurulan Şərqi Azərbaycan vilayəti və Ermənistan Respublikası arasındakı əlaqələrə etiraz olaraq Marağa şəhərində keçirilən etiraz aksiyasına qatıldığ zaman həbs edilmişdi.

Xaliqi daha sonra həmin etiraz aksiyası ilə əlaqədar 6 ayı həbs və 6 ayı şərti həbs cəzasına məhkum edilmişdi.

Bəhmən Xaliqi 2013-cü ilin fevral ayında isə Dünya Ana Dili Günü ilə bağlı təşkil olunan mitinqlərə qatıldığı üçün də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …

Bir cavab yazın