
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Həmid Mənəfi Nadarlı fevralın 19-da məhkəmənin Səna sistemi vasitəsilə aldığı bildirişlə Baharistan şəhristanı Baş və İnqilab Prokurorluğunun Qərarların İcrasının Birinci Şöbəsinə çağırılıb.
Verilən bildirişdə deyilir: “İşinizlə bağlı sizdən cəriməni ödəmək üçün 10 gün ərzində bu şöbəyə gəlmək tələb olunur. Bundan əlavə, cəriməni ödəmək üçün vaxtında gəlmək sizə mümkün 20 faiz endirimdən istifadə imkanı verə bilər”.