Çərşənbə axşamı , İyun 22 2021
azfa

Azərbaycanlı fəal Həmid Manafi Nadarlı sürgün edilmək məqsədilə məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dili ilə bağlı həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Həmid Manafi Nadarlı həbs müddətini bitirməkdə olduğu üçün sürgün edilmək məqsədilə rejim tərəfindən məhkəməyə çağrılıb. Fəalın həbs müddətinin az hissəsi qaldığı üçün şərti həbs cəzası ilə dəyişdirilib

Fəaldan tələb olunub ki, 2 illik həbs sürgün cəzası ilə bağlı özünü Loristanda Əzna şəhərinin aidiyyəto orqanlarına təqdim etsin.

Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi  yaxalanmışdılar.

Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.

Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …