
GADTB: Molla rejimin həbsə atdığı azərbaycanlı fəal Hüseyn Piri 2025-ci il favralın 22-i şənbə günü təxminən 13 aya yaxın həbsdə yatdıqdan sonra Tehranın Evin zindanından azadlığa çıxıb.
Azərbaycanlı fəal Tehranda İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Əbülqəsim Sələvatinin sədrliyi ilə “toplaşmaq və daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün əlbir olmaq” ittihamı ilə mühakimə edilmiş və 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi isə azərbaycanlı fəalın şikayətini təmin etməmiş və hakim Salavatinin çıxardığı həbs cəzasını qüvvədə saxlamışdı.