Şənbə , İyul 11 2026
azfa

Azərbaycanlı fəal İbrahim Rəşidi koronavirusa yoluxub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal, jurnalist-yazar İbrahim Rəşidi koronavirusa yoluxub.

Bu barədə İbrahim Rəşidinin İnstaqram hesabında məlumat dərc edilib.

Azərbaycanlı fəal virusa yoluxduğu üçün Xiyav şəhərinin Vəliəsr xəstəxanasına yatırılıb.

İbrahim Rəşidinin qardaşı Məhəmməd isə bu barədə deyib ki, martın 3-də, milli fəalın səhhəti pisləşdikdən sonra, koronavirus əlamətləri və tənəffüs problemləri ilə xəstəxanaya gedib və analiz verib. Lakin ona analiz cavabının mənfi olduğu bildirilib.

İ.Savalan martın 5-də yenidən yoxlanmaq üçün xəstəxanaya gedib və KT müayinəsində virusa yoluxduğu aşkar edildikdən sonra xəstəxanaya yatırılıb.

Məhəmməd Rəşidi həmçinin deyib “İbrahimin hər iki ciyərində infeksiya var ancaq ümumi vəziyyəti qənaətbəxşdir və sağalmağa doğru gedir.”

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın