Çərşənbə axşamı , İyun 22 2021
azfa

Azərbaycanlı fəal Pərisa Rəfii azadlığa çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərindən olan azərbaycanlı fəalı Pərisa Rəfii rejimin zindanından azadlığa çıxıb.

Öyrənci hərəkatı fəalı olan Pərisa Rəfii 11 ay ədalətsiz həbsdən sonra iyunun 8-də Tehranın Evin zindanından azadlığa çıxıb.

Qeyd edək ki, Pərisa Rəfii 2020-ci il  iyulun 7-də Evin zindanının məhkəməsinin hökmlərin icrası edən şöbəsinə çağrıldıqdan sonra həbs edilmişdir.

Zəncan şəhərindən olan öyrənci fəalı 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin girişində terrorçu Sepah-ın təhlükəsizlik bölməsinin məmurları tərəfindən saxlanaraq Evin zindanının 209-cu bölməsinə aparılıb.

Fəal 23 gün təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Pərisa Rəfii həmçinin 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktuba görə mühakimə olunub.

Azərbaycanlı öyrənci fəalı həmin məktubda İran zindanlarında acınacaqlı vəziyyətdə saxlanılan siyasi məhbuslardan, xüsusilə qadınlardan bəhs edərək, məhkəmə məmurları tərəfindən bakirəlik testi və edamla təhdid edildiyini ifşa etmişdi

Azərbaycanlı fəal Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində “Ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə toplaşma”, “Sistemə qarşı təbliğat aparmaq” və “İctimai asayişi pozmaq”da günahlandırılaraq 7 il həbs cəzası və 74 şallaq zərbəsinə məhkum edilmişdi. Fəalın həmçinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdi.

Ümumi əfv sərəncamına uyğun olaraq isə fəal barəsində çıxarılan cəzalar bir il həbslə əvəz edilmişdi.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …