Bazar , Sentyabr 19 2021
azfa

Azərbaycanlı fəal Siyamək Kuşi yaxcalanıb, Şəhruz Bərzgərdən isə xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, şənbə günü Təbrizdə başlayan aksiyadan öncə rejimin məmurları tərəfindən yaxalanan və bir neçə saatdan sonra sərbəst buraxılan Siyamək Kuşi axşam saatlarında yenidən yaxalanıb.

Fəalın rejimin məmurları tərəfindən yaxalandığını bildiriən fəalın yaxınları onun hara aparıldığı barədə məlumatsız olduqlarını bildiriblər.

Şəhruz Bərzgərin yaxınları və ailəsi isə öz İnstagram səhifəsində fəaldan heç bir xəbərin olmaması və onun həbs edilmə ehtimalından yazıblar.

Qeyd edək ki, bundan öncə isə 2020-ci il oktyabr 18-də Qarabağın azadlığı uğrunda hərbi əməliyyatlar zamanı İranın Ermənistana hərbi dəstək verməsinə etiraz olaraq keçirilən aksiyalarda iştirak edən Siyamək Kuşi həbs olunmuşdu.

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …