
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölü və Araz çayında ekoloji fəlakətlə bağlı kampaniyaya start verilib. Kampaniya azərbaycanlı milli-mədəni və tanınmış idmançı Əsgər İsmayılzadə tərəfindən başladılıb.
Ermənistanın Araz çayında törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəgi altında kampaniyaya start verilib.
Azərbaycanlı fəal sosial mediadakı paylaşımlarında Urmiya gölünün artıq məhv olmaq üzrə olduğunu və hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını yazıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi