Şənbə , Mart 25 2023
azfa

Azərbaycanlı fəal və fotoqraf xanım şərti həbslə azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan əyalətinin Əbhər şəhərindən olan ictimai fəal və fotoqraf Səidə Muradi Səfərabad zəncanda zindandan şərti həbslə azadlığa çıxıb.

Xanım fəal 6 aylıq həbs cəzasının iki həftəsini çəkdikdən sonra həbs müddətinin qalan hissəsi çərti həbslə dəyişdirilib.

Qeyd edək ki, azərbaycanlı xanım yanvarın 18-də mühakimə edilərək 6 ay həbs cəzasına məhkum edilmişdi.

İki həftə öncə Səidə Muradi Səfərabad məhkəmə məmurları tərəfindən yaxalanaraq zindana köçürülmüşdü.

Bundan öncə 2022-ci il sentyabrın 20-də etiraz aksiyaları ilə bağlı yaxalanan tanınmış fotoqraf Səidə Muradi təcridxanada dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdə.

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …