Bazar ertəsi , May 19 2025
azfa

Azərbaycanlı fəal və vəkil Tahir Nəqəvi xəstəxanaya köçürülüb

GADTB: irqçi fars-molla rejimin Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı vəkil və fəalı Tahir Nəqəvinin təcili əməliyyata ehtiyacı olmasına baxmayaraq, onun ixtisaslaşdırılmış müalicədən məhrum edilməsi davam edir.

 “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə beş illik cəzasının on dördüncü ayını çəkən azərbaycanlı fəalın fiziki vəziyyəti ağırdır.

Həbsxana həkimi uzun zaman öncədən onun səhhətini yoxlamaq üçün xüsusi analizlər və ultrasəs müayinələri tələb etsə də təhlükəsizlik və məhkəmə məmurlarının süründürməçiliyi bu siyasi məhbusun fiziki vəziyyətinin tədricən pisləşməsinə səbəb olub.

Nəhayət, bazar günü, aprelin 20-də aylarla gözlədikdən sonra onun Təcriş Şəhidləri Xəstəxanasına göndərilməsi razılaşdırıldı. Test nəticələri göstərdi ki, onun sidik kisəsində və prostat vəzində anormal qalınlıqda kütlələr var, bu hal dərhal cərrahiyyə və həbsxanadan kənarda tibbi nəzarət tələb edir.

Həkimlərin təcili cərrahiyyə əməliyyatının aparılmasının vacibliyini vurğulamasına baxmayaraq, məhkəmə və təhlükəsizlik orqanları onun həbsxanadan kənarda ixtisaslaşmış tibb mərkəzlərinə köçürülməsinə mane olmaqda davam edirlər.

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …