Azərbaycanlı fəal və yazıçı Mojgan Siyami vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərindən olan azərbaycanlı yazıçı, şair, jurnalist və mədəni fəal Mojgan Siyami aprelin 6-da vəfat edib.

1971-ci ildə anadan olan Mojgan Siyami Ərdəbili Azərbaycan və fars dillərində nəşr olunan “Saray” dərgisinin məsulu olub.

Mojqan xanım İran adlanan yerdə Azərbaycan türkcəsinin qorunması və inkişaf etdirilməsi üçün fəaliyyət göstərən az saylı xanım fəallardan olub.

Azərbaycanlı xanım yazıçı “Son seans”, “Ərdəbilnamə”, “Yaşamadım, qusdum” kimi şeir və hekayələr, habelə fars dilində bir neçə kitabın müəllifidir.

Bununla yanaşı o, bir çox roman, hekayə və ədəbi-tarixi əsərləri fars dilindən Azərbaycan türkcəsinə tərcümə edib. Dinc fəaliyyətlərinə görə həbs edilən xanım jurnalistin iki dəfə həyatına sui-qəsd olub, uzun müddət həbsdə qalıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …