Cümə , Dekabr 6 2024
azfa

Azərbaycanlı fəal Vədud Əsədi bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, heç bir günahı olmadan və sırf milli-mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərə məruz qalan azərbaycanlı fəal Vədud Əsədi bəraət alıb.

Bir il davam edən məhkəmə işindən sonra Vədud Əsədi Rəşt məhkəməsində ona yönəldilən ittihamlardan bəraət alıb

Azərbaycanlı fəal özünün sosial media hesabında bununla bağlı yazıb:

“Bir il ərzində məhkəmədə çoxlu mübahisələrdən və çoxsaylı araşdırmalardan sonra bu iş nəhayət bəraət hökmü ilə nəticələndi.”

Bu işin son illərdə ona qarşı açılan işlərdən yalnız biri olduğunu deyən Əsədi təhlükəsizlik və məhkəmə qurumlarının fəaliyyətini tənqid edib.

Vədud Əsədi İnformasiya Nazirliyinin ona qarşı yönəltdiyi üç il əvvəlki ittihamı da xatırladıb və o işlə bağlı hələ də ədalətli qərar verilməsini gözlədiyini bildirib.

Həmçinin yoxlayın

Suriyada müxaliflər Həmanı azad etdi

GADTB: “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını açıqlayıblar. Əsəd rejiminə məxsus …

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …