
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rəştdə yaşayan azərbaycanlı fəal Vədud Əsədi 26 fevral 2025-cü il tarixində məhkəmə sisteminin Səna sistemi vasitəsilə göndərilən çağırışla Gilan vilayətində molla rejimin Apellyasiya Məhkəməsinə çağırılıb.
Bildirişdə Vədud Əsədidən 26 april 2025-ci il tarixində səhər saat 9:00-da Gilan Əyalət Apellyasiya Məhkəməsinin 11-ci şöbəsində olması və ETTELAAT Nazirliyi tərəfindən irəli sürülən ittihamlara qarşı özünü müdafiə etməsi istənilib.
Vədud Əsədi özünün sosial media hesabında bu barədə məlumat verərək yazıb:
“Sabah səhər (1 mart) hakim Sələvatinin cəzasını çəkmək üçün özümü Tehranda Məhkəmə Qərarlarını İcra edən İdarəsinə təqdim edəcəyəm.”
Qeyd edək ki, azərbaycanlı fəal Vədud Əsədi türklərin pozulmuş hüquqlarının müdafiəsində göstərdiyi sivil fəaliyyətinə görə dəfələrlə həbs edilib və təzyiqlərlə qarşılaşıb.