Azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami reanimasiyaya yerləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın tanınmış fəallarından olan yazıçı və şair Rəhim Qulami ağciyərində yaranan problemə görə Ərdəbil şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, ailəsi onun vəziyyətinin ağır olduğunu və komaya düşdüyünü bildirib.

Qeyd edək ki, azərbaycanlı şair və yazıçı Rəhim Qulami daha öncə molla rejimi tərəfindən təhdidlər, dindirmələr və uzunmüddətli həbslərlə qarşılaşıb.

Onun “Yaylıq” nəşriyyatında Azərbaycan folkloru və ədəbiyyatı ilə bağlı bir neçə əsər çap olunub ki, onların arasında “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü”, “Folklor nağılları”nın adını çəkmək olar.

Qeyd edək ki, Qulami son bir neçə ildə türkcə-azərbaycanca lüğət yazmaqla məşğuldur və yaxınlarının sözlərinə görə, sonuncu həbs zamanı onun topladığı lüğətin bir nüsxəsi təhlükəsizlik orqanları tərəfindən ələ keçirilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …